 Fotoşəkil formatı necə olmalıdır? Fotoşəkil 600*600 pixel formatında olmalıdır ! 1-) Son 6 ay içində çəkilmiş yeni bir fotoşəkil olmalıdır. Bu zamandan əvvəl çəkilmiş bir şəkiliniz varsa və bu ankı görünüşünüz arasında aşkar bir fərq yoxdursa bu rəsmi də istifadə edə bilərsiniz. 2-) Gözlər açıq və iki qulaq görünəcək bir şəkildə kameraya düz bir bucaqda altında baxılmalıdır. 3-) Üzərində oynama edilmiş , sağa ya da sola çevrili profil şəkillər qaydadan kənardır. 4-) Fotoşəkildə üzün böyüklüyü şəkil sahəsinin %50dən böyük olmamalı və uzaqdan çəkilmiş bir şəkil olmamalıdır. 5-) Üzün hamısı, boyun və çiyinlərin bir qisimi görülməlidir. 6-) Fotoşəkil içində başqa bir adam ya da obyekt ilə fotoşəkilçinin reklam yazısı olmamalıdır. 7-) Arxaplan ağ rəngdə olmalıdır.
8-) Fotoşəkilin arxaplanında kölgə olmamalıdır. 9-) Eynək istifadə edilirsə şüşələrdə parıltı və işıldama olmamalıdır. 10-) Fotoşəkil görünüşü bulanıq olmamalı, dəqiq bir görünüş olmalıdır. 11-) Gözü bağlayacaq bir şəkildə günəş gözlüyü və tünd rəng eynəklər qaydadan kənardır. 12-) Üzü tamamilə açıqda buraxmayan çadralı və şapqalı şəkillər qaydadan kənardır. Üzün açıqca görünməsi şərti ilə çadra ilə fotoşəkil çəkilə bilər. Düzgün şəkil formatı:  Müraciət müddəti içərisində yalnız bir dəfəmi müraciət edə bilirəm ? Bəli. Hər il bir dəfə reallaşan proqrama yalnız bir dəfə müraciətdə edə bilirsiniz. Bu müraciəti özünüz edə bilər ya da başqa biri sizin adınıza edə bilər. Birdən çox müraciətdə olan kəslər avtomatik olaraq proqramdan silinir. İştirak üçün bir yaş sərhədi varmı ? Yaş sərhədi yoxdur amma ən az orta məktəb və ya orta məktəb səviyyəsində bir yerdən məzun olmanız lazımdır. Əgər orta məktəb və ya orta məktəb səviyyəsində bir yerdən məzun deyilsinizsə son 5 ilin 2 ilində, ən az 2 il təhsil və ya təcrübə tələb edən bir peşədə çalışmış olmanız və bunu sənədləşdirə bilməniz lazımdır. Green Card ailəmə nələr təmin edəcək ? Əgər qazansanız yalnız siz deyil, yoldaşınız və evli olmayan 21 yaşın altındakı uşaqlarınız da öz Green Card' larına sahib olacaq. Yəni həm özünüz həm də yoldaşınızın müraciət etməsi halında şansınızı ikiyə qatlamış olacaqsınız. Beləcə uşaqlarınız Amerikan Hökumətinin verdiyi təhsil təqaüdlərindən faydalana bilər, kredit ala bilər, təhsil xərcləmələrində % 80ə çatan endirimlərdən faydalana bilər. Qazandıqdan sonra evlənsəm və ya uşağım olsa nə olar ? Qazandığınız andan etibarən 6 aylıq bir keçiş müddəti olacaq bu 6 ay içində evlənər ya da uşaq sahibi olsanız haqqlarınızdan yoldaşınız və uşaqlarınız da faydalana biləcək. Yalnız Amerikan Hökuməti' nə bunu bildirməniz və əlavə bir əməliyyat etdirməniz kafi olacaq. Lakin Green Card' ınız zəmanətləndikdən sonra evlənər və uşağınız olsa onların Amerika' da həyata haqqını ala bilmələri üçün 3 ildən 4 ilə qədər gözləmələri lazım olaca Green Card qazana bilmənin başqa yolları varmı ? Xeyr. Əgər sərmayə qoymaq üçün 1 milyon dollarınız ya da orada halı hazırda yaxın bir qohumunuz və ya işə götürəniniz varsa şansınız ola bilər. Ayrıca işə götürəninizin sizi işə götürməsi halında başqa bir Amerikan vətəndaşının haqqı məğlub olmadığını da isbat etməniz lazımdır ki bu çox xərcli əməliyyatlar tələb edir. Qısacası Amerika ' da yaşayan bir yaxınınız və ya işə götürən bir tanışınız yoxsa proqrama qatılmadan Green Card alma ehtimalınız yoxdur. Amerikan Vətəndaşlığı' na keçmə haqqı qazansam Azərbaycan vətəndaşlığından imtina etmək məcburiyyəti varmı? Xeyr. Azərbaycan vətəndaşlığınız da əvvəlki kimi davam edəcək yəni həm Azərbaycan vətəndaşı , həm də Amerikan vətəndaşı olabilərsiniz. Qazananlar necə seçilir ? Bütün dünyadan qatılanların müraciətı kompüter proqramı vasitəsilə tamamilə təsadüfü bir şəkildə seçilməkdədir. Hər iştirakçının şansı bərabərdir. Bu bir şansdır, sizə də çıxa bilər. Proqram Kentucky Counselor Center' də reallaşar. Qazandığınız təqdirdə Amerikan Hökuməti tərəfindən qazandığınıza dair bir məktub normal məktub yoluyla tərəfinizə çatdırılacaq. Müraciət ərzində və sonrasında əməliyyatları necə izləyəcəyəm ? Qeydiyyatınız sağlam bir şəkildə bizə çatdığında və məlumatlarınız tərəfimizdən Amerika Birləşmiş Ştatlarının İmmiqrant şöbəsinə nə sağlam bir şəkildə çatdırıldığında, sizə həm telefon həm də elektronn məktub vasitəsilə əməliyyatınızın səhvsiz bir şəkildə tamamlandığını bildirəcəyik. Green Card qazandığınız təqdirdə yenə həm tərəfimizdən həm də Amerikan Hökuməti tərəfindən qazandığınıza dair bir məktub normal məktub yoluyla tərəfinizə çatdırılacaq. Qazanma şansım nədir ? İştirakçıların qazanma şansı o il qatılanların sayına görə dəyişməkdədir. Ümumiyyətlə hər 20 adamdan 1' i Green Carda sahib olur. Bu il bir çox ölkənin namizədliyini ləğv edilməsiylə Azərbaycanın namizəd olma şansı daha da yüksəlmişdir. 1 Səfərlik, 2 Səfərlik və 3 Səfərlik Müraciətlər arasındakı fərqlər nədir ? Bir səfərlik müraciət etdiyiniz zaman Green Card qazanmadığınız təqdirdə ikinci dəfə qeydiyyattan keçməli və növbəti seçimlərdə şansınızı sınamalısız.İki səfərlik qeydiyyat etdiyiniz zaman bizim təcrübəli təmsilçilərimiz sizin adınızdan növbəti seçimlərə qeydiyyat edəcək. Üç səfərlik qeydiyyatda isə təmsilçilərimiz sizin üçün toplam üç seçimə qeydiyyat edəcək. Şansınızı daha çox artirmaq istəyirsəniz onda 2 və 3 səfərlik qeydiyyatlar sizin üçün sərfəli olacaq.
|